» » » Prezident Teymur Rəcəbovu təbrik etdi!

Prezident Teymur Rəcəbovu təbrik etdi!

Prezident Teymur Rəcəbovu təbrik etdi!Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, qrossmeysterimiz Teymur Rəcəbovu Dünya kubokunda qələbə münasibətilə təbrik edib.

Əziz Teymur,

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2019-cu il.
69     
Reklam

Reklam