» » » EKSKLÜZİV! AFFA rəsmisi: "Bizim üçün keyfiyyət önəmlidir" / Region Liqasının başlama tarixi və komanda sayı bəlli oldu - SİYAHI

EKSKLÜZİV! AFFA rəsmisi: "Bizim üçün keyfiyyət önəmlidir" / Region Liqasının başlama tarixi və komanda sayı bəlli oldu - SİYAHI

EKSKLÜZİV! AFFA rəsmisi: "Bizim üçün keyfiyyət önəmlidir" / Region Liqasının başlama tarixi və komanda sayı bəlli oldu - SİYAHIBu mövsüm artıq 3-cüsü keçiriləcək və əsasən bölgə komandalarının və azarkeşlərin böyük marağına səbəb olan Region Liqasının nə zaman başlayacağı və turnirdə neçə komandanın iştirak edəcəyi böyük maraq doğurur.
 
Suallara aydınlıq gətirmək üçün, Premyer.az saytı AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevə müraciət edib.
 
AFFA rəsmisi ilə olan müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:
 
- Yusif müəllim, ilk sualımız bu mövsüm Region Liqasında neçə komandanın iştirak edəcəyi ilə bağlıdır?
- Naxçıvan Zonası da daxil olmaqla, bu mövsüm Region Liqasında 33 komanda mübarizə aparacaq.
 
- Çempionat nə vaxt start götürəcək?
- Oktyabr ayının 3-cü həftəsi (14-20 oktyabr tarixləri arası) çempionata start verilməsi planlaşdırılır.
 
- "Füzuli” FK komandası iştirakçı kimi qeydiyyata alınsada,  bir neçə gün öncə klub rəhbərliyi Region Liqasındakı iştirakından imtina etdiklərini bildirilib..
-  Bəli, komandanın baş məşqçisi Vasif İsmayılov bizimlə əlaqə saxlayaraq, müəyyən səbəblərdən bu il Region Liqasına hazır olmadıqlarını bildirib. Hər hansı bir problemlə bağlı onlardan bizə müraciət edilməyib.
 
- Naxçıvan Zonasında iştirak edən 9 komandanı çıxsaq, onda bu mövsüm komanda sayında azalma müşaiyət olunur. Ötən mövsüm 27, bu mövsüm isə 24 komanda.
- Naxçıvan da bu layihənin tərkib hissəsidir və zonalardan biridir. Bu səbəbdən də ümumi komanda sayı 33-dür. (Red: bu mövsüm 24+9, ötən mövsüm 27+9)
 
- Cəmi neçə komanda bu mövsüm iştirak üçün AFFA-ya müraciət edib?
- Ümumilikdə 40-dan çox müraciət olunmuşdu. Amma bizim üçün keyfiyyət önəmlidir. Görüşlər keçirildi və tam təminat verən komandalar qəbul olundu.
 
- Çempionata yeni qoşulan və ötəl ilki komandalardan bu il iştirak etməyənlər var..
- Bəli, yeni komandalar qoşulub. Eyni zamanda ötən illə müqayisədə əsas "FC Baku” və "Füzuli” komandaları kənarda qalıb. Əlavə olaraq da, ötən ilki iştirakçılardan "Tufan” və "Ağdaş” bu il də Liqalarda olacaq. Onlarla görüşlər keçirildi və bu komandalar daha aşağı liqalarda mübarizə aparacaqlar.
 
- Bunun səbəbi nədir?
- Bu komandalar daha böyük bir strategiya ilə irəliləməyi hazırlayıblar və uşaq futbolunun inkişafına daha çox önəm verəcəklər. Əslində bu da müsbət bir amildir. Konkret olaraq Region Liqasında iştirak "Tufan” FK artıq daha böyük bir klub olma yolunda addımlar atır və biz onları növbəti illərdə Region Liqasında inşallah görəcəyik. Onlar böyük bir strateji plan hazırlayıblar və bu müsbət bir haldır.
 
Sonda bu mövsüm Region Liqasında iştirak edəcək komandaların siyahısını, Regionlar üzrə diqqətinizə çatdırırıq:

Paytaxt və Şimal Regionu

1.       "İrəvan" FK (Bakı)
2.       "Qardaşlar" FK (Bakı)
3.       "Uğur" FK (Sumqayıt)
4.       "Şahdağ" FK (Quba)
5.       "Şahdağ" FK  (Qusar)
6.       "Şirvanovka" FK (Qusar)
7.       "Qusar" FK
8.       "Xudat" FK
 
Naxçıvan Muxtar Respublikası Regionu

1.       "Araz Naxçıvan" PFK (Naxçıvan)
2.       "Naxşıvan Dövlət Universiteti" (Naxçıvan)
3.       "Şahbuz" 
4.       "Arpaçay" (Şərur)
5.       "Kəngərli" 
6.       "Dübəndi" (Ordubad)
7.       "Əlincə" (Culfa)
8.       "Sədərək"
9.       "Babək"
 
Mərkəz Regionu

1.       "Şamaxı"
2.       "Araz" (Saatlı)
3.       "Mil" (Beyləqan)
4.       "İmişli"
5.      "Ağsu Siti"
 
Cənub Regionu

1.       "Şıxlar" (Qobustan)
2.       "Neftçala"
3.       "Ümid" (Cəlilabad)
4.       "Ərkivan" (Masallı)
5.       "Alyans" (Masallı)
6.       "Astara"
 
Şimal - Qərb Regionu

1.       "Göyəzən" (Qazax)
2.       "Energetik" (Mingəçevir)
3.       "Şəki"
4.       "Oğuz"
5.       "Qoşqar UGİM-2" (Gəncə) 

Rauf İskəndərov / Premyer.az
288     
Reklam

Reklam