» » » SON DƏQİQƏ! "Füzuli" FK bu mövsüm Region Liqasındakı çıxışından İMTİNA ETDİ ! AÇIQLAMA

SON DƏQİQƏ! "Füzuli" FK bu mövsüm Region Liqasındakı çıxışından İMTİNA ETDİ ! AÇIQLAMA

SON DƏQİQƏ! "Füzuli" FK bu mövsüm Region Liqasındakı çıxışından İMTİNA ETDİ ! AÇIQLAMADaha öncə də xəbər verdiyimiz kimi, son zamanlar maliyyə böhranı yaşayan "Füzuli" FK komandasının rəhbərliyi, Füzulidən olan iş adamları, futbolçular və şou-biznes nümayəndələrinə müraciət edərək, sevimli komandalarına dəstək olmağa və maddi yardım göstərməyə çağırmışdı.
 
Klubun baş məşqçisi Vasif İsmayılov Premyer.az saytına verdiyi Eksklüziv açıqlamada bildirib ki, təəssüflər olsun ki, nadir istisnalar olmaqla, komandanın çağırışına bu günə kimi iş adamlarından hay verən olmamış və beləliklə də klub rəhbərliyi bu mövsüm Region Liqasında ÇIXIŞ ETMƏMƏK haqqında çətin qərar vermişdir. 
 
Baş məşqçinin fikrincə, az büdcə ilə Region Liqasında çıxış etməkdənsə, böyük bir maliyyə vəsaiti tələb etməyən BFL - Bakı Futbol Liqasında çıxış etmək daha məqsədə uyğun sayılmışdır. Artıq komandanın BFL-ə müraciəti qəbul edilmiş və püşkatmadan sonra ilk oyunların tarixi də bilinmişdir.
 
Vasif İsmayılov təssüf hissi ilə əlavə edib ki, Region Liqasında bu mövsüm Şimal Bölgələrimizi təmsil edən komandalarımızın sayı artdığı halda, Füzuli rayonunun yeganə təmsilçisinin çempionata qatıla bilməməsi, çox məyus edici haldır. 
 
Vasif bəy, ayrıca, komandada təmənnasız şıxış etməyə razılıq verən futbolçulara, Füzulidən olan və komandaya dəstək olmağa hazır olduqlarını bildirən tələbələrə və müəllimlərə öz dərin təşəkkürünü bildirərək qeyd edib ki, klub rəhbrəliyi, bir qrup müəllimin, öz maaşalırının bir hissəsini hər ay kluba dəstək olmaq üçün ayıracaqları təşəbbüsünü, mənəvi olaraq qəbul edə bilməz. 
 
Baş məşqçi sonda onu da bildirib ki, BFL-də çıxış etmək haqqında qərar qəbul edildiyi zaman, klub rəhbərliyi ilk öncə Füzuli bölgəsində futbolu yaşatmaq, bəzi digər bölgələrimizdəki kimi, bu bölgəmizdə də futbolun ölməməsini düşünmüş və bu addımı atmışdır.
 
Biz isə öz tərəfimizdən ümid edirik ki, ölkəmizi bu yaxınlarda layiqincə təmsil etmiş və son zamanlar çox çətin bir dövrü yaşan "Füzuli" komandasına dəstək ola biləcək xeyirxah insanlar və xüsusi ilə də iş adamları tapılacaq və klub növbəti mövsümdən yenidən Region Liqasındakı çıxışı ilə öz azarkeşlərini sevindirəcək.
 
Rauf İskəndərov / Premyer.az  
557     
Reklam

Reklam