» » » EKSKLÜZİV! "Şamaxı" FK yığma komandanın şərəfini qorumuş futbolçunu TRANSFER etdi

EKSKLÜZİV! "Şamaxı" FK yığma komandanın şərəfini qorumuş futbolçunu TRANSFER etdi

EKSKLÜZİV! "Şamaxı" FK yığma komandanın şərəfini qorumuş futbolçunu TRANSFER etdiRegion Liqasına hazırlıqlarını davam etdirən "Şamaxı" FK növbəti transferini reallaşdırıb. 
 
Premyer.az Eksklüziv olaraq xəbər verir ki, əyalət təmsilçisi 22 yaşlı yarımmüdafiəçi Habil Məmmədlini heyətinə qatıb.
 
Qəbələ Futbol Akademiyasının yetirməsi olan Habil, "Qarabağ" klubunda çıxış etdiyi dönəm ərzində U-15 yığmasına da cəlb olunub.
 
Adı çəkilən iki klubdan başqa, Məmmədli "Energetik"in heyətində Birinci Divizionda iki mövsüm mübarizə aparıb. Mingəçevirlililərin heyətində 2017/18 və 2018/19 illər mövsümündə isə Habil Region Liqasının həyəcanını yaşayıb.
 
"Şamaxı" klubuna da futbolçu məhz "Energetik" komandasından keçib. 
 
Onu da qeyd edək ki, Habil Məmmədli futbola 9 yaşında Mingəçevir şəhəri UGİM-də, Ənvər Nəsibovun rəhbərliyi altında oynamağa başlayıb. 
 
Rauf İskəndərov / Premyer.az 
319     
Reklam

Reklam