» » » Region Liqası: "Şıxlar" FK-nın baş məşqçisi: "Bu mövsüm bir çox komandaya baş ağrısı yaradacağıq"

Region Liqası: "Şıxlar" FK-nın baş məşqçisi: "Bu mövsüm bir çox komandaya baş ağrısı yaradacağıq"

Bu mövsüm də Region Liqasında çıxış etməyə hazırlaşan Qobustanın "Şıxlar" komandasının baş meşqcisi Rövşən Abdullayev, oktyabr ayında start götürəcək yeni mövsüm haqqında öz fikirlərini açıqlayıb
 
Premyer.az baş məşqçinin fikirlərini diqqətinizə çatdırır:

"Artıq 3-cü ildir ki Region Liqasında çıxış edəcəyik. Geridə qoyduğumuz iki mövsümdə komandamız istədiyi nəticəni əldə edə bilməyib. Bu il komandamın daha da əzmkar oyun göstərib, bir çox komandaya baş ağrısı yaradacağına inanıram. Bu il cənub zonasında mübarizə aparacayıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə ümid edirəm."
 
Rauf İskəndərov / Premyer.az
237     
Reklam

Reklam