» » » EKSKLÜZİV! Əfqan Həmzəyev Avstraliyada keçirilən Dünya çempionatının oyunlarını idarə edəcək!

EKSKLÜZİV! Əfqan Həmzəyev Avstraliyada keçirilən Dünya çempionatının oyunlarını idarə edəcək!

EKSKLÜZİV! Əfqan Həmzəyev Avstraliyada keçirilən Dünya çempionatının oyunlarını idarə edəcək!Azərbaycanlı futbol hakimi Əfqan Həmzəyev növbəti mötəbər təyinatını alıb.
 
Premyer.az Eksklüziv olaraq xəbər verir ki, 45 yaşlı referimiz 1-11 oktyabr 2019-cu il tarixlərində Avstraliyanın Pers şəhərində keçiriləcək Dünya Çempionatının oyunlarını idarə edəcək. Təcrübəli referimiz mundiala Dünya Minifutbol Federasiyasının hakimlər komitəsinin sədr müavini və Hakimlərin tədris qrupunun rəhbəri kimi yollanır. 
 
Yarışda dünyanın 5 qitəsindən 32 milli iştirak edəcək. Hər qrupda 4 komanda olmaqda, 8 qrupa bölünən yığmalar ilk öncə qrupda ilk 2 yer uğrunda mübarizə aparacaq. Daha sonra 1/8, 1/4, 1/2 final, Final və 3-cü yer uğrunda oyunlar keçiriləcək. 
 
Çempionatda Braziliya, Meksika, Argentina, Ukrayna, Moldova, ABŞ, İngiltərə, İraq, Yaponiya və Kolumbiya kimi ölkələrin milliləri iştirak edəcək. 
 
Qeyd edək ki, Əfqan Həmzəyev 20-22 sentyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində keçirilmiş  və "Füzuli" FK komandasının gümüş medallar qazandığı Həvəskarlar Arasında (8x8 sitemi üzrə) III Rusiya Çempionatının Hakimlər Komitəsinin sədri də olmuşdur.
 
Rauf İskəndərov / Premyer.az
206     
Reklam

Reklam