» » » EKSKLÜZİV! MOİK Azərbaycan yığmasının sabiq qapıçısını TRANSFER etdi! FOTOLAR

EKSKLÜZİV! MOİK Azərbaycan yığmasının sabiq qapıçısını TRANSFER etdi! FOTOLAR

EKSKLÜZİV! MOİK Azərbaycan yığmasının sabiq qapıçısını TRANSFER etdi! FOTOLARBirinci Divizionun iddialı klublarından biri olan Mərkəzi Ordu İdman Klubu yeni transfer gerçəkləşdirib. Premyer.az xəbər verir ki, "hərbiçilər” yeni qapıçı ilə güclənib. "Neftçi” Futbol Akademiyasının yetirməsi olan Nurlan Quluzadə ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nurlan Quluzadə 18 iyul 1997-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində anadan olub. Futbol oynamağa 11 yaşında "Neftçi” Futbol Akademiyasında başlayıb. Flaqmanın U-19 yaş qrupuna qədər təcrübə toplayıb. Bu müddət ərzində ölkənin U-16, U-17 və U-19 yığmalarına cəlb olunub. Almaniyanın məhşur "Şalke 04” komandası Nurlanı bəyənərək, onu öz heyətində görmək istəsə də, "Neftçi” rəhbərliyi ilə aparılan danışıqlar baş tutmayıb.

Quluzadə "Neftçi”də ilk ilini futboloçu kimi müxtəlif mövqelərdə keçirsə də, daha sonra qapıçı mövqeyində çıxış etməyə başlayıb və hər iki mövqedə də, məşqçilərin rəğbətini qazanıb. Qapıçılar üzrə məşqçi Hüseyin Məhəmmədov, daha sonra Arif Abbasov, serbiyalı mütəxəssis Vladimir Miçoviç, Vitaliy Kovalyov və digərləri, Nurlanın ilk məşqçiləri olub.

"Neftçi”dən ayrıldıqdan sonra, bir müddət "Səbail” komandasının heyətində Birinci Divizionda, daha sonra "Zirə” komandasında, son iki mövsümü isə Region Liqasında mübarizə aparan "Füzuli” komandasının heyətində çıxış edib.

Gənc qapıçı, əyalət klubunun heyətində bu yaxınlarda Çeçenistan Respublikasında keçirilən, Həvəskarlar arasında III Rusiya Çempionatının gümüş mükafatçısı və turnirin ən yaxşı qapıçılarından biri olub.

Rauf İskəndərov / Premyer.az
Fotolar: Ramil Məmmədov





301     
Reklam

Reklam