» » » AFFA-dan "cəza yağışı"!

AFFA-dan "cəza yağışı"!

AFFA-dan "cəza yağışı"!İntizam Komitəsinin qərarları:

21 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın V turunun "Səbail” – "Qəbələ” matçında "Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

21 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın V turunun "Sumqayıt” – "Sabah” matçında "Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39). Oyunun 79-cu dəqiqəsində "Sumqayıt” klubunun 70 №-li futbolçusu Mehdi Şərifi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
22 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın V turunun "Neftçi” – "Keşlə” matçında "Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39). Oyunun 35-ci dəqiqəsində "Neftçi” klubunun 77 №-li futbolçusu Donald Gerye ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
19 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun IV  turunun "Sumqayıt-2” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39). Oyunun 76-cı dəqiqəsində MOİK klubunun 6 №-li futbolçusu Ruslan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47). "Sumqayıt-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə
klub 80 manat cərimə olunur (maddə 54).
19 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun IV  turunun "Ağsu” – "Neftçi-2” matçında "Ağsu” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).
20 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun IV  turunun "Qarabağ-2” – "Səbail-2” matçında "Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
19 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun IV  turunun "Turan Tovuz” – "Kəpəz” matçında "Turan Tovuz” klubunun nümayəndəsi oyunöncəsi iclasa gecikdiyinə  görə klub 80 manat cərimə olunur (maddə 62.1). "Turan Tovuz” və "Kəpəz” klublarının azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə hər iki klub 80 manat cərimə olunur (maddə 51.2).
13 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun III turunun MOİK – "Keşlə” matçında MOİK komandası oyunun videoçəkilişini aparmadığına görə klub 80 manat cərimə olunur (maddə 60).
18 sentyabr 2019-cu il, Gənclər Liqasının, "Zirə” – "Səbail” matçının 70-ci dəqiqəsində "Səbail” klubunun 4 №-li futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
18 sentyabr 2019-cu il, Gənclər Liqasının, "Tufan” – "Qəbələ” matçının 90+3-cü dəqiqəsində "Qəbələ” klubunun 8 №-li futbolçusu Veysəl Rzayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
21 sentyabr 2019-cu il, Bakcell U-17 Liqasının "Xəzər Lənkəran” – "Səbail” matçının 89-cu dəqiqəsində "Xəzər Lənkəran” klubunun 14 №-li futbolçusu Mirtaleh Ağazadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.1).
21 sentyabr 2019-cu il, Bakcell U-17 Liqasının "Tufan” – "Kəpəz” matçının 86-cı dəqiqəsində "Tufan” klubunun 10 №-li futbolçusu İlkin Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).
21 sentyabr 2019-cu il, Bakcell U-17 Liqasının "Qəbələ” – "Sabah” matçının 63-cü dəqiqəsində "Sabah” klubunun 4 №-li futbolçusu Yelmar Aşurov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47). Oyunun 70-ci dəqiqəsində "Qəbələ” klubunun 9 №-li futbolçusu Mehrac Baxşəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47). Oyunun 90+1-ci dəqiqəsində "Qəbələ” klubunun 7 №-li futbolçusu Xəyal Səmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
21 sentyabr 2019-cu il, Bakcell U-17 Liqasının İOEUGİM – "Keşlə” matçının 90-cı dəqiqəsində İOEUGİM klubunun 5 №-li futbolçusu İbrahim Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 sentyabr 2019-cu il, Bakcell U-17 Liqasının "İsgəndər Cavadov BFA” – "Neftçi” matçının 81-ci dəqiqəsində "İsgəndər Cavadof BFA” klubunun 11 №-li futbolçusu Əziz Müzəffərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
19 sentyabr 2019-cu il, U-16 Liqasının "Xilə” – "Qarabağ” matçının 48-ci dəqiqəsində "Qarabağ” klubunun 4 №-li futbolçusu Rəşad Soyunoğlu hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
20 sentyabr 2019-cu il, U-16 Liqasının "Neftçi” İK İB – "Keşlə” matçının 53-cü dəqiqəsində "Keşlə” klubunun 6 №-li futbolçusu Ayxan Məcidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47). Oyunun 74-cü dəqiqəsində "Keşlə” klubunun 10 №-li futbolçusu Hüseyn Quliyev təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.1).
22 sentyabr 2019-cu il, Boulevard Hotel U-15 Liqasının "Qarabağ” – "Neftçi” İK İB matçının 78-ci dəqiqəsində "Neftçi” klubunun 4 №-li futbolçusu Cəmil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
21 sentyabr 2019-cu il, Coca Cola U-13 Liqasının İOEUGİM – EFA matçının 49-cu dəqiqəsində İOEUGİM klubunun 10 №-li futbolçusu Məhəmməd Bəylərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
14 sentyabr 2019-cu il, U-14 Liqasında "Ağsu” klubunun baş məşqçisi Sönməz Quliyev AFFA-nın Mərkəz region üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlətdiyi və fiziki güc tədbiq etməyə cəhd etdiyinə görə 15 oyun cəzalanır (maddə 37.7) (maddə 37.10) (maddə 41.4).
21 sentyabr 2019-cu il, Qızlar U-13 Liqasının "Fidan” (Bakı) – UGİM (Xaçmaz) matçının 36-cı dəqiqəsində "Fidan” klubunun 1 №-li futbolçusu Nərgiz Müzəffərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 sentyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin "Star Karqo-2” – "Baku Fire-3” matçının 25-ci dəqiqəsində "Baku Fire-3” klubunun 11 №-li futbolçusu Sərxan Vəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 sentyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin NTD – "Borçalı” matçının 27-ci dəqiqəsində NTD klubunun 15 №-li futbolçusu Telman Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 sentyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin "Baker Nughes” – "Altay” matçının 21-ci dəqiqəsində "Altay” klubunun 91 №-li futbolçusu Nihad Rüstəmov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
22 sentyabr 2019-cu il, futzal üzrə Azərbaycan liqasının II dəstəsinin "Bibiheybət” – "Hövsan” matçının 20-ci dəqiqəsində "Bibiheybət” klubunun 6 №-li futbolçusu Qədirli Balarza hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
129     
Reklam

Reklam