» » » Rusiya millisi futbol üzrə 2022 dünya çempionatından uzaqlaşdırıla bilər

Rusiya millisi futbol üzrə 2022 dünya çempionatından uzaqlaşdırıla bilər

Rusiya millisi futbol üzrə 2022 dünya çempionatından uzaqlaşdırıla bilərRusiya milli komandası futbol üzrə 2022-ci il dünya çempionatından uzaqlaşdırıla bilər.
Buna səbəb Rusiya Antidopinq Agentliyinin (RUSADA) fəaliyyətində nöqsanların aşkarlanmasıdır. Məlumata görə, Ümumdünya Antidopinq Agentliyi (WADA) bu yaxınlarda RUSADA-nın Moskva dopinq nümunələri laboratoriyasının məlumat bazasında uyğunsuzluqlar aşkarlayıb. Rusiya tərəfinə üç həftə müddətində bu uyğunsuzluqla əlaqədar izahat hazırlayıb WADA-ya təqdim etmək təklif olunub.
"Bizdə fakt var ki, məlumat bazasından bir sıra məlumatlar pozulub” – deyə WADA nümayəndəsi Conatan Teylor "BBC Sport”a bildirib.
Əgər Rusiya qurumun üzlüyündən kənarlaşdırılsa, cəza WADA qaydalarına uyğun olaraq, bütün idman növlərinə, o cümlədən Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatına da şamil olunacaq və komandalar həmin yarışa buraxılmayacaq.
181     
Reklam

Reklam