» » » EKSKLÜZİV: "Füzuli" FK Rusiyaya yola düşdü

EKSKLÜZİV: "Füzuli" FK Rusiyaya yola düşdü

20-22 sentyabr tarixlərində Rusiya Federasiyasının Qroznı şəhərində (Çeçenistan Respublikası) keçiriləcək Həvəskarlar Arasında III Rusiya Çempionatında iştirak etmək üçün Azərbaycanın "Füzuli" komandası bu gün qonşu ölkəyə yola düşüb. Komandamız sabah ilk məşqinə çıxacaq və axşam mətbuat konfransı keçirəcək.
 
Premyer.az xəbər verir ki, 8 x 8 sitemi üzrə keçiriləcək çempionatda 16 komanda iştirak edəcək.
 
"Füzuli" komandasının heyətinə 14 futbolçu olmaqla, 20 nəfər daxil edilib. "C" qrupunda yer alan Azərbaycan təmsilçisi turnirin ilk günü, sentyabrın 20-sində iki, 21-ində isə 1 qrup oyunu keçirəcək. 
 
QRUP MƏRHƏLƏSİ 
20 sentyabr 2019
 
16:00 "Füzuli" FK (Azərbaycan)- "Mayns" (Qroznı, Rusiya)
21:00 "Füzuli" FK (Azərbaycan)- "Lion" (Moskva, Rusiya)
 
21 sentyabr 2019
 
12:00 "Füzuli" FK (Azərbaycan)- "VGİK" (Moskva, Rusiya)  

 
Rauf İskəndərov / Premyer.az
705     
Reklam

Reklam