» » » EKSKLÜZİV! "Füzuli" FK-nın Rusiya çempionatındakı bütün rəqibləri bəlli oldu - CƏDVƏL

EKSKLÜZİV! "Füzuli" FK-nın Rusiya çempionatındakı bütün rəqibləri bəlli oldu - CƏDVƏL

EKSKLÜZİV! "Füzuli" FK-nın Rusiya çempionatındakı bütün rəqibləri bəlli oldu - CƏDVƏL20-22 sentyabr tarixlərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində keçiriləcək Həvəskarlar Arasında (8x8 sitemi üzrə) III Rusiya Çempionatının püşkatma mərasimi keçiriləcək.
 
Premyer.az eksklüziv olaraq xəbər verir ki, 16 komandanın iştirak edəcəyi çempionatda Azərbaycanı "Füzuli" komandası təmsil edəcək.
 
Püşkatma Bakı vaxtı ilə saat 20:00-da, "Amateur Media studiyası"nda keçiriləcək. 16 komanda, hərəsində 4 komanda olmaqla, 4 Regional səbətə bölünmüşdür. Təmsilçimiz 1-ci Regional səbətə başçılıq edir. 
 
Püşkatmanın nəticələri haqqında Premyer.az saytı əlavə məlumat verəcəkdir.
 
Rauf İskəndərov / Premyer.az

 REGİON 1 REGİON 2  REGİON 3  REGİON 4 
 Füzuli (Azərbaycan)  Mançester Siti (Qroznı, Rusiya)  Yukka (Çeboksarı, Rusiya)  Arsenal (Moskva, Rusiya)
 F1 (Pereslavl-Zelesskiye, Rusiya)  Valensiya (Qroznı, Rusiya)  VGİK (Moskva Vilayəti, Rusiya)  Bavariya (Moskva, Rusiya)
 Olimp (Krasnodar, Rusiya)  Mayns (Qroznı, Rusiya)  Geona (Çeboksarı, Rusiya)  Lion (Moskva, Rusiya)
 Buraşevo (Tver, Rusiya)  Ştutqart (Qroznı, Rusiya)  Betis (Qroznı, Rusiya)  Axmat (Moskva, Rusiya)

  
310     
Reklam

Reklam