» » » "Füzuli" FK Rusiya mətbuatında! FOTO

"Füzuli" FK Rusiya mətbuatında! FOTO

"Füzuli" FK Rusiya mətbuatında! FOTODaha öncə də xəbər verdiyimiz kimi, bu mövsüm sayca 3-cü Region Liqasında çıxış etməyə hazırlaşan "Füzuli" komandası, 20-22 sentyabr tarixlərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində keçiriləcək Həvəskarlar Arasında (8x8 sitemi üzrə) III Rusiya Çempionatında iştirak edəcək.
 
Premyer.az xəbər verir ki, 20-22 sentyabr tarixlərində Qroznı şəhərində baş tutacaq çempionatın bütün oyunları, 10 min azarkeş tutumu olan Sultan Bilimxanov adına stadionda keçiriləcək. 
 
Turnirin təşkilatçısı olan "Ümumrusiya Həvəskarlar Futbol Liqası - Amateur League" artıq sosial şəbəkələrdəki rəsmi səhifəsində, Azərbaycan təmsilçisinin III Rusiya Çempionatında iştirak edəcəyi haqqında məlumat da yayıb. Bu haqda fotoşəkili oxucularımızın diqqətinə çatdırırıq.
 
Rauf İskəndərov / Premyer.az
377     
Reklam

Reklam