» » » "Barsa"nın 16 yaşlı ulduzu La Liqanın tarixinə düşdü

"Barsa"nın 16 yaşlı ulduzu La Liqanın tarixinə düşdü

"Barsa"nın 16 yaşlı ulduzu La Liqanın tarixinə düşdü"Barselona”nın futbolçusu Ansu Fati La Liqanın IV turunda "Valensiya”ya qarşı matçda (5:2) bir qol və bir assistlə tarixə düşüb.
Fati La Liqanın bir oyununda qol vuran və məhsuldar ötürmə edən ən gənc futbolçu olub.
Kataloniyalıların baş məşqçisi Ernesto Valverde oyundan sonra 16 yaşlı futbolçu ilə bağlı xoş sözlər səsləndirib:
"Barselona"da oynamaq asan deyil. Fatinin bu günə qədər etdikləri norma sayılmamalıdır. Çalışmağa davam etsə, bizə faydası çox olacaq. Gənc yaşda olsa da, bu günə kimi çox iş görüb".
Qvineya-Bisauda doğulan gənc vingerin gələcəkdə İspaniya millisini seçəcəyi gözlənilir.
92     
Reklam

Reklam