» » » "Mübariz" FK - "Şıxlar" (Qobustan) oyununda qapılara 7 qol vuruldu

"Mübariz" FK - "Şıxlar" (Qobustan) oyununda qapılara 7 qol vuruldu

"Mübariz" FK - "Şıxlar" (Qobustan) oyununda qapılara 7 qol vurulduRegion Liqasına hazırlaşan komandalar yoldaşlıq oyunları keçirməkdə davam edir.
 
Premyer.az xəbər verir ki, dünən ASK ARENA-da keçirilmiş "Mübariz" FK - "Şıxlar" (Qobustan) oyununda qapılara 7 qol vurulub. Oyun ərzində 2 top geridə olmasına baxmayaraq, "Mübarizlər" əzmkarlıq göstərərək, 4:3 hesablı qələbə qazanıb.
 
Qalib komandanın heyətində qollara Cavid Mürsəlov (pen-26-ci dəq), Araz Məmmədli (33-dəq) və Emil Xaliqzade ( 52 və 64 cu dəq) imza atıblar.
 
Rauf İskəndərov / Premyer.az
278     
Reklam

Reklam