» » » İranlı xanın azarkeş özünü yandıraraq həlak oldu

İranlı xanın azarkeş özünü yandıraraq həlak oldu

İranlı xanın azarkeş özünü yandıraraq həlak oldu29 yaşlı xanım azarkeş Səhər Xodayari, məhkəmə binasının önündə özünü yandıraraq, xəstəxanada aldığı yaralardan vəfat edib.
 
Premyer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İran İslam Respublikasında qadınların futbol stadionlarına girişi qadağan olduğundan, Səhər Xodayari, bir çox digər iranlı xanım azarkeşlər kimi, öz sevimli komandasının oyunlarına, kişi paltarı geyinərək və qrimlənərək, gedirmiş. Lakin son oyun zamanı mühafizəçilər Səhərin xanım olduğunu anlayıb və onu tutaraq polis məntəqəsinə gətirib.
 
6 ay məhkəmə qərarını gözləyən Səhər, etdiyi hərəkətə görə iki il həbs cəzası alacağını öyrəndikdən sonra, məhkəmə binasının həyətind özünü yandırıb və xəstəxanaya çatdırılıb. Lakin, əfsuslar olsun ki, həkimlər onun həyatını xilas edə bilməyib...
 
Qeyd edək ki, Səhər Xodayari 2018-ci ildə Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatında azarkeş kimi iştirak edərək, öz ölkəsinin millisinə dəstək olub.
1058     
Reklam

Reklam