» » » Mancukiç “Yuventus”u tərk etmək istəyir

Mancukiç “Yuventus”u tərk etmək istəyir

Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç qış fasiləsini gözləmədən İtaliya "Yuventus”unu tərk etmək istəyir.

Bir müddət əvvəl adı çəkilməyən Qətər klubunun təklifini geri çevirən 33 yaşlı hücumçu fikrindən daşınıb. Hazırda Turin komandasında ehtiyatda qalan forvard Yaxın Şərqə yollanmağın əleyhinə deyil.

Xorvatiyalı oyunçusunun ABŞ-ın "Los-Anceles” klubundan da təklif aldığı bildirilir.

Qeyd edək ki, Mancukiç 2015-ci ildən "Yuventus”da çıxış edir. O, karyerası ərzində vətənində "Marsoniya”, "Zaqreb”, "Dinamo”, Almaniyanın "Volfsburq”, "Bavariya” və İspaniyanın "Atletiko” komandalarının formasını geyinib.
786     
Reklam

Reklam