» » » EKSKLÜZİV! "Füzuli" FK III Rusiya çempionatında iştirak edəcək! FOTOLAR

EKSKLÜZİV! "Füzuli" FK III Rusiya çempionatında iştirak edəcək! FOTOLAR

EKSKLÜZİV! "Füzuli" FK III Rusiya çempionatında iştirak edəcək! FOTOLARBu mövsüm sayca 3-cü Region Liqasında çıxış etməyə hazırlaşan "Füzuli" komandası, 20-22 sentyabr tarixlərində Çeçenistan Respublikasının paytaxtı Qroznıy şəhərində keçiriləcək Həvəskarlar Arasında (8x8 sitemi üzrə) III Rusiya Çempionatında iştirak etmək üçün, yaxın günlərdə qonşu ölkəyə yollanacaq.
 
Premyer.az xəbər verir ki, 2017-ci ildən etibarən keçirilən turnirin ilk qalibi Rusiyanın "Avanqard" (Kursk Vilayəti), II turnirin qalibi isə - "Arsenal" (Moskva) komandaları olub. 
 
Bir layihə olan turnirin əsas məqsədləri - sağlam həyat tərzinin təbliği, gənclər arasında futbolun populyarlaşdırılması, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi və istedadlı gənclərin aşkar edilib, onlara dəstək olunmasıdır.
 
20-22 sentyabr tarixlərində Qroznıy şəhərində baş tutacaq III turnirin bütün oyunları, 10 min azarkeş tutumu olan Sultan Bilimxanov adına stadionda keçiriləcək. Turnirdə təxminən 12 komandanın (Premyer.az-ın əldə etdiyi məlumata əsasən, o cümlədən işğalçı Ermənistan Respublikasından) iştirakı gözlənilir. Bunlar arasında - Moskva şəhərini təmsil edən "Arsenal", "Bavariya", "Axmat" və "VGİK" komandalarını qeyd edə bilərik. 
 
Turnirin təşkilat komitəsi bu ilki çempionatda çox sayda sürprizlərin və innovasiyaları olacağını bildirib.
 
Rauf İskəndərov / Premyer.az
EKSKLÜZİV! "Füzuli" FK III Rusiya çempionatında iştirak edəcək! FOTOLAR
207     
Reklam

Reklam