» » » UEFA-nın yeni Avrokubok turniri "Konfranslar Liqası" adlandırılacaq!

UEFA-nın yeni Avrokubok turniri "Konfranslar Liqası" adlandırılacaq!

UEFA-nın yeni Avrokubok turniri "Konfranslar Liqası" adlandırılacaq!Almaniyanın Bild nəşri UEFA-nın təşkilatçılığı ilə keçiriləcək üçüncü avrokubok turnirinin adını yayımlayıb. Premyer.az bildirir ki, yeni turnir "Konfranslar Liqası" adlandırılacaq.
 
Turnirin 2021/2022 mövsümündə start götürəcəyi bildirilir. Konfranslar Liqası, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü mötəbər avrokubok turniri olacaq.

Yarışın formatının Çempionlar Liqasının formatı ilə bənzər olacağı gözlənilir. 32 komandanın yarışacağı 8 qrupun liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda üçüncü olan komanda ilə qarşılaşacaq.

Konfranslar Liqasının qalibi avtomatik olaraq növbəti mövsüm Avropa Liqasının qrup mərhələsinə qatılacaq. UEFA-nın əmsallar cədvəlində 16-dan 51-ə kimi yer alan Futbol Assosiassiyaları bu turnirdə daha çox komanda ilə təmsil olunacaq. 
 
Qeyd edilir ki, yeni turnir daha öncə keçirilən İntertoto Kubokunu əvəz edəcək. 
169     
Reklam

Reklam