» » » Həvəskarlar arasında ölkə kubokunun qalibi müəyyənləşdi - FOTOLAR

Həvəskarlar arasında ölkə kubokunun qalibi müəyyənləşdi - FOTOLAR

AFFA-nın, Sahə Futbol Federasiyasının dəstəyi, Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçulardan ibarət komandalar arasında ölkə kubokunun final oyunu keçirilib. 
 
"ASK Arena”da keçirilmiş həlledici qarşılaşmada Lənkəranın "Liman” və  Bakının "Mübariz” komandaları qarşılaşıb. 3:1 hesabı ilə qələbə qazanan "Liman” ölkə kubokunun qalibi olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar və diplomlar, qalibə isə ölkə kuboku təqdim olunub.
 

Həvəskarlar arasında ölkə kubokunun qalibi müəyyənləşdi - FOTOLAR
 
 
 
156     
Reklam

Reklam