» » » Soni Mustivar millisinin düşərgəsinə gedə bilməyəcək

Soni Mustivar millisinin düşərgəsinə gedə bilməyəcək

"Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının düşərgəsinə yollanmayacaq.
 
Buna səbəb futbolçunun zədə almasıdır. Mustivar sağ budun orta 1/3-də birinci dərəcəli gərilmə diaqnozu ilə 7-8 gün müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.

Xatırladaq ki, yarımmüdafiəçi Haiti milli komandasının KONKAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-si və 10-u Kürasao yığması ilə keçirəcəyi oyunlara dəvət olunmuşdu.
97     
Reklam

Reklam