» » » EKSKLÜZİV! Həmyerlilərimizin komandası qalib gəldi, Cavad Kazımov Tailandda qol hesabını açdı! FOTOLAR

EKSKLÜZİV! Həmyerlilərimizin komandası qalib gəldi, Cavad Kazımov Tailandda qol hesabını açdı! FOTOLAR

EKSKLÜZİV! Həmyerlilərimizin komandası qalib gəldi, Cavad Kazımov Tailandda qol hesabını açdı! FOTOLARPremyer.az saytının daha öncə də xəbər verdiyi kimi, Anar Babayevdən sonra daha iki Azərbaycan futbolçusu Tailand çempionatında top qovmağa başlayıb.
 
Bunlar - 2018/2019-cu illər mövsümünün yekunlarına əsasən 23 qolla Birinci Divizionun ən sərrast hücumçusu adını qazanan "Zaqatala" klubunun sabiq futbolçusu Cavad Kazımov və "Bakı", "İnter" (Bakı) və "Qarabağ" futbol klublarının aşağı yaş qruplarında, o cümlədən "Muğan", "Bakılı", "FC Baku", "Qaradağ Lökbatan" və "Xəzər" komandalarında çıxış etmiş, Ukraynanın "Metallist" Xarkov komandasının U-21 komandasının heyətində ilk dəfə legioner həyatı yaşamış Sergey Markelovdur.
 
Hər iki futbolçu Tailand çempionatının 3-cü liqasında mübarizə aparan "Siam" FC komandasını şərəfini qoruyur.
 
Bu gün keçirilmiş "Siam" FK - "Air Force United 2489" FK qarşılaşmasında Cavad Kazımov start heyətində meydana çıxaraq, 90 dəqiqə mübarizə aparıb və komandasının 5:1 hesablı inamlı qələbəsində öz tövhəsini verib. Belə ki, oyun ərzində Tailand çempionatında qol hesabını açan 24 yaşlı həmyerlimiz, 2 məhsuldar ötürmə etməyi də bacarıb.
 
Digər həmyerlimiz Sergey Markelov da 20 dəqiqə ərzində meydanda olub.
 
Rauf İskəndərov / Premyer.az

723     
Reklam

Reklam