» » » Roberto Bordin: "Uçuşun gecikməsi yalnız bu günə təsir edə bilər"

Roberto Bordin: "Uçuşun gecikməsi yalnız bu günə təsir edə bilər"

Roberto Bordin: "Uçuşun gecikməsi yalnız bu günə təsir edə bilər"UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 21:00-da "Arsenal” mərkəzi stadionunda keçiriləcək "Arsenal” – "Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
 
Baş məşqçi konfransda aşağıdakıları bildirib: "Sabah ciddi rəqiblə qarşılaşacağıq. "Arsenal”ın Rusiya çempionatındakı son iki matçını izləmişik. Yaxşı oynayıblar. Rəqibin texniki və fiziki cəhətdən üstünlükləri var”.

İtaliyalı mütəxəssisin KİV nümayəndələrinin suallarına cavabı belə olub: "Uçuşun gecikməsi yalnız bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişməli olduq. Bununla belə, yüngül məşqdən sonra artıq sabahkı oyuna hazır olacağıq.
 
Əlbəttə, qol buraxmamaq çox yaxşı olardı. Əvvəl də dediyim kimi, "Arsenal” güclü komandadır və hazırda çox yaxşı formadadır. Unutmayaq ki, bizi Bakıda cavab oyunu da gözləyir. Düzgün oynayıb, sabah şanslarımızdan istifadə etməyə çalışacağıq.
 
Təbii ki, çətin olacaq. Həm də "Arsenal”ın avrokuboklarda ilk dəfə mübarizə aparacağını nəzərə alsaq, tribunalarda böyük ajiotaj olacağını təsəvvür edirəm.
 
Bu oyuna düzgün hazırlaşmaq üçün bir həftə vaxtımız olub. Əlbəttə, qapımızı toxunulmaz saxlamaqla və qol vurmaqla öz oyunumuzu göstərmək istəyirik.
 
Bəli, meydan amili rəqibin üstünlüyüdür, amma sonra eyni üstünlük bizdə də olacaq. "Neftçi” tarixi klubdur və yaxşı nəticə qazanmaq istəyir. Düşünmürəm ki, sabah yağış yağsa, həm bizdə, həm də rəqibdə taktiki planlar dəyişsin. Sadəcə, sürət daha yüksək olacaq”.








96     
Reklam

Reklam