» » » EKSKLÜZİV! Birinci Divizionun bombardiri ölkə xaricində çıxış edəcək! FOTOLAR

EKSKLÜZİV! Birinci Divizionun bombardiri ölkə xaricində çıxış edəcək! FOTOLAR

EKSKLÜZİV! Birinci Divizionun bombardiri ölkə xaricində çıxış edəcək! FOTOLAR2018/2019-cu illər mövsümünün yekunlarına əsasən 23 qolla Birinci Divizionun ən sərrast hücumçusu adını qazanan "Zaqatala" klubunun sabiq futbolçusu Cavad Kazımov, bir çox futbolçularımız kimi karyerasını bundan sonra ölkə xaricində davam etdirəcək. 
 
Premyer.az saytının eksklüziv olaraq əldə etdiyi məlumata əsasən, 24 yaşlı futbolçu Tailandın III Liqasında çıxış edən "Siam" FC klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
 
Yeni klubunda yarımmüdafiəçi mövqeyində çıxış edəcək həmyerlimiz, artıq dünən keçirilmiş "Siam" FC - "PTU Mathumthani" FC (0:2) oyununda debüt da edib. Qarşılaşmanın 55-ci dəqiqəsində meydana çıxan Cavad, 35 dəqiqə meydanda olub. 
 
Azərbaycandakı karyerası ərzində Cavad Kazımov "Bakı", "Simurq", "Rəvan", "Neftçala" və "Zaqatala" komandalarının şərəfini qoruyub.
 
Qeyd edək ki, Premyer.az saytının daha öncə də xəbər verdiyi kimi, Cavad Kazımovla yanaşı, daha bir həmyerlimiz - Sergey Markelov, 10 gün öncə "Siam" komandası ilə müqavilə imzalayıb.
 
Rauf İskəndərov / Premyer.az
 
301     
Reklam

Reklam