» » » Emin Mahmudov: "Diqqətli olmalıyıq"

Emin Mahmudov: "Diqqətli olmalıyıq"

Emin Mahmudov: "Diqqətli olmalıyıq"Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da "Bakcell Arena” stadionunda keçiriləcək "Neftçi” – "Sperantsa” oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
 
Təcrübəli kapitan oyun haqda aşağıdakı fikirləri bildirib: "Səfərdən 3:0 hesablı qələbə ilə dönmüşük. Buna baxmayaraq oyuna ciddi hazırlaşmışıq. Hücum futbolu oynamağa çalışacağıq”.

Mahmudov jurnalistlərin suallarını da cavablandırıb: "Moldovada "Saburtalo”ya 0:3 hesabı ilə uduzan "Şerif” dünən səfərdə ilk 10 dəqiqədə 3 qol vurdu. Diqqətli olmalıyıq”.
86     
Reklam

Reklam