» » » Bu gün "Bakcell Arena"da mətbuat konfransı və açıq məşq keçiriləcək

Bu gün "Bakcell Arena"da mətbuat konfransı və açıq məşq keçiriləcək

Bu gün "Bakcell Arena"da mətbuat konfransı və açıq məşq keçiriləcəkAvropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sperantsa” oyunu öncəsi, flaqmanın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı təşkil olunacaq.
 
Tədbir bu gün, iyulun 17-si "Bakcell Arena”da keçiriləcək və saat 17:30-da başlanacaq. Konfransdan sonra, saat 18:00-da komandamızın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Eyni gün "Bakcell Arena”da "Sperantsa” klubunun baş məşqçisi Kristian Efrosun da mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, saat 17:00-da "Bakcell Arena”nın media üçün ayrılmış iş otağında qeydiyyatdan keçmiş jurnalistlərə oyun üçün akkreditasiyalar təqdim ediləcək.
97     
Reklam

Reklam