» » » Səhlənkarlığın qurbanı olan “Mançester Siti” iki gündür ki Çinə uça bilmir

Səhlənkarlığın qurbanı olan “Mançester Siti” iki gündür ki Çinə uça bilmir

Səhlənkarlığın qurbanı olan “Mançester Siti” iki gündür ki Çinə uça bilmirİngiltərənin "Mançester Siti” klubu ardıcıl iki gündür "Premier League Asia Trophy” turnirində iştirak üçün Çinə yollana bilmir.
Buna səbəb səfərin təşkilatçısı "Thomas Cook” şirkətinin əməkdaşlarının səhlənkarlığa yol vermələridir. Onlar iyulun 14-də çarter reysinin uçuş tarixi ilə bağlı səhv ediblər. Bir gün sonra isə hava məkanında yer sifariş etməyi unudublar.
"Şəhərlilər” bu gün Çinə yollanmağa ümid edirlər.
Qeyd edək ki, "Mançester Siti” iyulun 17-də turninir yarımfinalında "Vest Hem”lə qarşılaşacaq. Digər yarımfinal matçı "Nyukasl” və "Vulverhempton” komandaları arasında olacaq. İyulun 20-də final və 3-cü yer uğrunda görüşlər baş tutacaq. "Şəhərlilər” əlavə olaraq, iyulun 24-də Honkonqda yeri "Kitçi” kollektivi ilə üz-üzə gələcək.
108     
Reklam

Reklam