» » » "Qəbələ"nin Bolu gündəliyi: Bir futbolçu komandaya qoşuldu

"Qəbələ"nin Bolu gündəliyi: Bir futbolçu komandaya qoşuldu

"Qəbələ"nin Bolu gündəliyi: Bir futbolçu komandaya qoşuldu"Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirir. "Qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışının doqquzuncu gününü arxada qoyub.
 
Sənan Qurbanovun yetirmələri günü iki məşqlə yekunlaşdırıb. Komanda hər iki məşq zamanı toplu və topsuz çalışmaları yerinə yetirib.
 
Zədəsini sağaltdıqdan sonra bərpa prosesini başa vuran Davit Volkov komandaya qoşularaq, kollektiv çalışmalarda iştirak edib.
86     
Reklam

Reklam