» » » "Neftçi" Avropa Liqasına tarixi qələbə ilə başladı!

"Neftçi" Avropa Liqasına tarixi qələbə ilə başladı!

"Neftçi" Avropa Liqasına tarixi qələbə ilə başladı!"Neftçi” PFK UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ilk oyununu keçirib. Flaqman səfərdə "Zimbru” stadionunda Moldovanın "Sperantsa” klubu ilə qarşılaşıb. Komandamızın tam üstünlüyü ilə keçən qarşılaşmada "Neftçi" meydan sahiblərinin qapısına 3 cavabsız qol vurub!
 
AVROPA LİQASI
I Təsnifat Mərhələsi, ilk oyun
11 iyul 2019-cu il
"Sperantsa" (Moldova) 0:3 "Neftçi" (Azərbaycan)
Qollar: Emin Mahmudov (16-cı dəq. 0:1); Stiven Jozef Monroz (35-ci dəq. 0:2); Rəhman Hacıyev (76-cı dəq. 0:3)

"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov,
28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 33.Turan Vəlizadə, 80.İsmayıl Zülfüqarlı.

1’ Oyun başlandı.
15’ Rauf Əliyevə qarşı kobud oyuna görə penalti zərbəsi təyin olundu.
16’ QOOOOOLLL! Emin Mahmudov penaltini dəqiq yerinə yetirdi – 0:1
29’ Dario Frederikonun zərbəsindən sonra top qapı tirindən qayıtdı.
35’ QOOOOOLLL! Dario Frederikonun ötürməsindən sonra Stiven Jozef-Monroz fərqləndi – 0:2
45’ Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu qaytardı.
45+1’ İlk hissə başa çatdı.
46’ İkinci hissə başlandı.
50’ Monrozun zərbəsindən sonra top qapıdan aralı keçdi.
51’ Rəqib futbolçunun zərbəsi də qeyri-dəqiq alındı.
54’ Emin Mahmudov yaxın küncü dəqiq nişan alsa da, qapıçı topu küncə çıxardı.
58’ Rəqib futbolçunun başla zərbəsindən sonra Səlahət Ağayev topu tutdu.
66’ Emin Mahmudovun uzaq məsafədən zərbəsi qüvvətli alınsa da, dəqiq olmadı.
70’ Rəhman Hacıyev Vanqelis Platellası əvəzləyir.
75’ Rauf Əliyev qol fürsəti boşa verdi.
76’ QOOOOOLLL! Rəhman Hacıyev künc zərbəsi yaxınlığından gözəl qola imza atdı – 0:3
80’ Dario Frederikonun əvəzinə meydana Namik Ələskərov daxil oldu.
82’ Rəqib futbolçunun zərbəsindən sonra top qapının yanından keçdi.
84’ Monroz yaxın küncü nişan alsa da, qapıçı topu qaytardı.
86’ İsmayıl Zülfüqarlı Stiven Jozef-Monrozu əvəzləyir.
90+3’ Oyun başa çatdı.
95     
Reklam

Reklam