» » » «Qəbələ» Türkiyə toplanışına qələbə ilə başladı - FOTOLAR

«Qəbələ» Türkiyə toplanışına qələbə ilə başladı - FOTOLAR

«Qəbələ» Türkiyə toplanışına qələbə ilə başladı - FOTOLAR2019-2020-ci illər mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən "Qəbələ” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.
 
Premyer.az xəbər verir ki, "qırmızı-qaralar” Ukraynanın "Mariupol” klubu ilə görüşüb. Sənan Qurbanovun yetirmələri görüşə aşağıdakı start heyəti ilə başlayıblar: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərov.

Hendek Atatürk Stadionunda baş tutan qarşılaşma erkən qolla başlayıb. Ülvi oyunun 2-ci dəqiqəsində ukraynalıların qapısına yol tapıb. Matçın 17-ci dəqiqəsində komandamız daha bir dəfə fərqlənib. Bu dəfə Roman qapıya yol tapıb. İki top buraxdıqdan sonra fəallaşan Mariupolun eyniadlı təmsilçisi 34-cü dəqiqədə hesabda fərqi azaldıb. 2015-ci ildə "Qəbələ”nin şərəfini qorumuş Ruslan Fomin penaltini dəqiq yerinə yetirib.

İkinci hissədə hər iki komandanın heyətində dəyişikliklər edilib. "Qəbələ”də Rüstəm Nuruyev Kamalın, İdris İnqilablı Fernanın əvəzinə meydana daxil olub. Buna baxmayaraq, qarşılaşmada hesab dəyişməyib.
 
Beləliklə, "qırmızı-qaralar” Türkiyə hazırlığına 2:1 hesablı qələbə ilə başlayıb.
Xatırladaq ki, növbəti oyununu iyulun 11-də keçirəcək "Qəbələ” Ukraynanın "Vorskla” klubu ilə üz-üzə gələcək.
 
"Qəbələ” – "Mariupol” (Ukrayna) – 2:1
Ülvi İsgəndərov, 2, Roman Hüseynov, 17 – Ruslan Fomin, 34 (pen.)
 
«Qəbələ» Türkiyə toplanışına qələbə ilə başladı - FOTOLAR








«Qəbələ» Türkiyə toplanışına qələbə ilə başladı - FOTOLAR







«Qəbələ» Türkiyə toplanışına qələbə ilə başladı - FOTOLAR
106     
Reklam

Reklam