» » » Loqosunu yeniləyən "Mübariz" FK Region Liqasında debüt etməyə hazırlaşır! MÜSAHİBƏ, FOTOLAR

Loqosunu yeniləyən "Mübariz" FK Region Liqasında debüt etməyə hazırlaşır! MÜSAHİBƏ, FOTOLAR

Loqosunu yeniləyən "Mübariz" FK Region Liqasında debüt etməyə hazırlaşır! MÜSAHİBƏ, FOTOLAR3 gün öncə yekunlaşan Həvəskarlar Liqasında 2018/2019-cu il mövsümün bürünc mükafatlarını qazanan "Mübariz" futbol komandası, yeni mövsümdən Region Liqasında çıxış etməyi planlaşdırır. 
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan klubun rəhbəri Anar Dünyamalıyev, Premyer.az saytına açıqlamasında aşağıdakıları bildirib:
 
- "Artıq Region Liqasında çıxış etmək üçün bütün sənədlər hazırdır və yalnız AFFA-nın müraciət tarixini açıqlamasını gözləyirik. İştirak ərizəsinə 42 futbolçunun adını daxil etmişik. Klub bu mövsündən etibarən turnirlərdə yeni Loqosu ilə çıxış edəcək (Red: şəkillərə bax). Təmsil edəcəyimiz regionda da dəyişiklik edilib. Bundan sonra komandamız, adını daşıyan Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunu təmsil edəcək. Ümid edirəm ki, Region Liqasının iddialı klublarından biri olacağıq."
 
Rauf İskəndərov / Premyer.az

Loqosunu yeniləyən "Mübariz" FK Region Liqasında debüt etməyə hazırlaşır! MÜSAHİBƏ, FOTOLAR
Loqosunu yeniləyən "Mübariz" FK Region Liqasında debüt etməyə hazırlaşır! MÜSAHİBƏ, FOTOLAR
189     
Reklam

Reklam