» » » Çimərlik futbolu, Avropa Liqası: Azərbaycan - Rusiya oyununun qalibi penalti seriyasında müəyyənləşdi

Çimərlik futbolu, Avropa Liqası: Azərbaycan - Rusiya oyununun qalibi penalti seriyasında müəyyənləşdi

Çimərlik futbolu, Avropa Liqası: Azərbaycan - Rusiya oyununun qalibi penalti seriyasında müəyyənləşdiPortuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib. 

Rusiya millisi ilə qarşılaşmanın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında rəqib daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. Oyun zamanı millimizin qollarını Sabir Allahquliyev, Elşad Manafov və Amid Nazarov vurub.
Komandamız turnir çərçivəsində növbəti oyununu sabah – iyulun 6-da İspaniyaya qarşı keçirəcək. 

87     
Reklam

Reklam