» » » Çempion "Qalatasaray" yeni mövsümü açıq elan edir - PLANLAR

Çempion "Qalatasaray" yeni mövsümü açıq elan edir - PLANLAR

Çempion "Qalatasaray" yeni mövsümü açıq elan edir - PLANLARÖtən mövsümün qalibi olmuş "Qalatasaray", 2019-2020 mövsümünün hazırlıqlarına başlayıb.
 
Premyer. az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terimin başçılığı altında 4 iyul tarixində "Florya Metin Oktar Tesisleri"ndə toplaşan komandanın futbolçuları, iki gün ərzində həkim müayinəsindən keçəcəklər.
 
Təlim-məşq toplanışının ilk hissəsi 4-14 iyul tarixləri arasında İstanbulda keçiriləcək. Daha sonra futbolçulara iki günlük istirahət veriləcək.  
 
Hazırlıqların ikinci hissəsi 17 iyuldan etibarən Avstriyanın Tirol bölgəsinin Sifild qəsəbəsində keçiriləcək. Bir həftə davam edəcək təlimlərdən sonra, 23 iyul tarixində komanda vətənə qayıdacaq. 
 

80     
Reklam

Reklam