» » » "Çelsi"nin "Əfsanə"si klubun baş məşqçisi oldu!

"Çelsi"nin "Əfsanə"si klubun baş məşqçisi oldu!

"Çelsi"nin "Əfsanə"si klubun baş məşqçisi oldu!Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi rəsmən bəlli olub.
London təmsilçisini sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Lempard London klubundan keçmiş komanda yoldaşı olan "Çelsi" akademiyasının məşqçisi Codi Morrisi və fitnes hazırlığı ilə məşğul olan Kris Consu da öz məşqçi heyətinə əlavə edəcək. Bundan əlavə, Klod Makelele və akademiya məşqçisi Co Edvards da Lempardın məşqçi kollektivində çalışacaq.
"Çelsi" Lempardın son çalışdırdığı Çempionşip klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyib.
Frenk Lempard 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.
124     
Reklam

Reklam