» » » ŞOK! UEFA "Sperantsa” – "Neftçi” oyununu Ermənistanlı hakim-inspektora tapşırdı!

ŞOK! UEFA "Sperantsa” – "Neftçi” oyununu Ermənistanlı hakim-inspektora tapşırdı!

ŞOK! UEFA "Sperantsa” – "Neftçi” oyununu Ermənistanlı hakim-inspektora tapşırdı!UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sperantsa” – "Neftçi” matçının təyinatları açıqlanıb.
 
Premyer.az xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

Xatırladaq ki, iyulun 11-də "Zimbru” stadionunda keçiriləcək "Sperantsa” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Məlumat üçün bildirək ki, Tim Marşal iyunun 6-da 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Lixtenşteyn – Azərbaycan (1:0) oyununu idarə edib.
121     
Reklam

Reklam