» » » "Neftçi" Türkiyədə son yoxlama oyununu keçirdi - FOTO, VİDEO

"Neftçi" Türkiyədə son yoxlama oyununu keçirdi - FOTO, VİDEO

"Neftçi" Türkiyədə son yoxlama oyununu keçirdi - FOTO, VİDEO"Neftçi” PFK Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib. Komandamız Ukraynanın "Vorskla” klubu ilə qarşılaşıb. "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutan görüşdə "ağ-qaralar” 2:3 hesabı ilə məğlub olub. "Neftçi”nin heyətində Vanqelis Platellas (29-cu dəqiqə) və Dario Frederiko (33-cü dəqiqə) fərqləniblər.

Qeyd edək ki, komandamız sabah vətənə qayıdacaq.

"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.
 
 

1’ Oyun başlandı.
3’ Rəqinin hücumu zamanı Səlahət Ağayev topu çətinliklə küncə çıxardı.
7’ Vanqelis Platellasın künc zərbəsindən ötürdüyü topu Rauf Əliyev başla Stiven Jozef-Monroza ötürdü. Monrozun başla zərbəsindən sonra top qapının üstündən keçdi.
9’ Rəqib komandanın cinahla hücumu qolla nəticələndi – 1:0.
22’ Vanqelis Platellasın cərimə zərbəsindən ötürdüyü topu Stiven Jozef-Monroz yaxın məsafədən qapıya göndərsə də, qapıçı topu tutdu.
24’ Ömər Buludovun cinahdan ötürdüyü topu Rauf Əliyevin başla qapıdan keçirməsi üçün azacıq dəqiqlik çatmadı.
28’ Dario Frederikonun vurduğu top qapıdan azca aralı keçdi.
29’ QOOOL! İki rəqibini geridə qoyan Dario Frederikonun ötürməsindən sonra Vanqelis Platellas küncü dəqiq nişan aldı – 1:1.
33’ QOOOL! Rəqibin cərimə meydanına daxil olan Dario Frederiko müdafiəçini aldadaraq topu yaxın küncə göndərdi – 2:1.
45’ İlk hissə başa çatdı.
46’ İkinci hissə başlandı.
57’ Vanqelis Platellası Rəhman Hacıyev, Dario Frederikonu Namik Ələskərov, Kirilo Petrovu Mamadu Mbodj, Ömər Buludovu Tural Axundov əvəzləyir.
60’ Rəhman Hacıyevin ötürdüyü topu Stiven Jozef-Monroz qapının üstündən vurdu.
68’ Rauf Əliyevin ötürməsindən sonra Namik Ələskərovun vurduğu topu qapıçı tutdu.
70’ Rauf Əliyevin əvəzinə meydana İsmayıl Zülfüqarlı daxil olur.
72’ Künc zərbəsindən sonra rəqib futbolçu başla fərqləndi – 2:2.
83’ Rəqibin təhlükəli hücumu zamanı əvvəlcə Səlahət Ağayev, sonra isə qapı dirəyi komandamızı qoldan silas etdi.
88’ Səlahət Ağayev bu dəfə küncə göndərilmiş topu tutmağı bacardı.
90’ Səlahət Ağayev yenə də rəqibin fərqlənməsinin qarşısını aldı.
90+2’ Rəqib komanda penalti zərbəsi ilə fərqləndi – 2:3.
90+3’ Oyun başa çatdı.
"Neftçi" Türkiyədə son yoxlama oyununu keçirdi - FOTO, VİDEO
130     
Reklam

Reklam