» » » "Füzuli" FK və "FC Baku" haqqında Araşdırma nə yerdədir? AFFA rəsmisindən AÇIQLAMA!

"Füzuli" FK və "FC Baku" haqqında Araşdırma nə yerdədir? AFFA rəsmisindən AÇIQLAMA!

"Füzuli" FK və "FC Baku" haqqında Araşdırma nə yerdədir? AFFA rəsmisindən AÇIQLAMA!6 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Region Liqasının II play off mərhələsinin cavab oyunu olan "Füzuli” FK – "FC Baku” matçından sonra "Füzuli” klubunun AFFA-ya rəsmi müraciət ünvanlamışdı. 
 
Müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq "Füzuli” və "FC Baku” klublarınıni mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdı.
 
Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, "Füzuli” və "FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləyi bildirilmişdi.
 
Məsələnin hal-hazırda nə yerdə olduğunu öyrənmək üçün, Premyer.az saytı AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevə müraciət edib və aşağıdakı açıqlamanı alıb:
 
- Məsələ ilə bağlı araşdırma davam edir. Komissiyanın qərarını gözləyirik. Hal-hazırda hər hansı bir məlumat yoxdur. Məsələ araşdırma mərhələsindədir. 
 
Rauf İskəndərov / Premyer.az
214     
Reklam

Reklam