» » » Bu mövsüm REGİON LİQASI keçiriləcək mi? AFFA rəsmisindən Premyer.az saytına AÇIQLAMA

Bu mövsüm REGİON LİQASI keçiriləcək mi? AFFA rəsmisindən Premyer.az saytına AÇIQLAMA

Bu mövsüm REGİON LİQASI keçiriləcək mi? AFFA rəsmisindən Premyer.az saytına AÇIQLAMAArtıq iki mövsümdür ki keçirilən və əsasən bölgə komandalarının və azarkeşlərinin böyük marağına səbəb olan Region Liqasının bu mövsüm keçirilib-keçirilməyəcəyi haqqında saytımıza çox sağlı müraciətlər vu suallar ünvanlanır.

Məsələyə aydınlıq gətirmək üçün, Premyer.az saytı müvafiq suallarla AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevə müraciət edib.

AFFA rəsmisi ilə olan müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:

- Yusif müəllim, ilk sualımız bir çox futbol azarkeşlərini maraqlandırır. Ardıcıl iki mövsüm Region Liqası yarışlarını ətraflı və geniş şəkildə işıqlandıran Premyer.az saytına, klub rəhbərləri, futbolçular və azarkeşlər tərəfindən, bu mövsüm Region Liqasının keçirilib-keçirilməyəcəyi haqqında suallar daxil olur. Məsələyə aydınlıq gətirə bilərsiniz mi?
- Bu mövsüm də Region Liqası təbii ki, keçiriləcək.

- Turnirin hansı tarixlərdə keçirilməsi planlaşdırılır?
- Avqust ayından etibarən müvafiq elan veriləcək və bir ay ərzində komandaların qeydiyyatı aparılacaq.

- Turnirin keçirilmə sistemi ilə əlaqədar, Əsasnamədə hər hansı bir dəyişikliyin və ya yeniliyin edilməsi nəzərdə tutulub mu?
- Növbəti həftə İşçi Qrupunun iclası keçiriləcək. Amma Əsasnamə və təqvimdə hər hansısa ciddi dəyişiklik nəzərdə tutulmur. 

- Regionların qruplar üzrə bölgüsü bu mövsüm də eyni qaydada aparılacaq?
- Bölgü zamanı, komandaların sayından və təmsil etdikləri şəhər və rayonlara uyğun olaraq, kiçik bir dəyişiklik ola bilər. Bu isə, qeydiyyatdan sonra dəqiq bilinəcək.

- Və son sualımız. Regionların turnirə olan böyük marağını nəzərə alaraq, bu mövsüm iştirakçı sayında artım gözləmək olar mı?
- Yeni müraciət edən komandalar var. Lakin hər bir yeni komandanın məsələsinə, İşçi Qrupu tərəfindən baxılır, tələblərə cavab vermə uyğunluğu yoxlanılır və yekun qərar verilir. Bu haqda qeydiyyat prosesi zamanı daha ətraflı məlumat vermək olar.

- Müsahibə üçün Premyer.az saytı adından sizə minnətdarlığımızı bildiririk.

Rauf İskəndərov / Premyer.az 
360     
Reklam

Reklam