» » » TRANSFER: Gürcüstan millisinin şərəfini qorumuş futbolçu - "Qəbələ"də!

TRANSFER: Gürcüstan millisinin şərəfini qorumuş futbolçu - "Qəbələ"də!

TRANSFER: Gürcüstan millisinin şərəfini qorumuş futbolçu - "Qəbələ"də!2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” növbəti transferini gerçəkləşdirib. "Qırmızı-qaralar” gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qiqauri Kutaisi "Torpedo”sunun yetirməsidir. O, 2010-14 və 2017-19-cu illərdə bu klubda çıxış edib. Merab Gürcüstanda "Metallurq” (2014), "Sxinvali” (2014-15), "Kolxeti” (2015-16) və "Rustavi” (2016-17), Polşada "Yagelloniya”da (2011-12) çıxış edib. Yarımmüdafiəçi cari mövsümdə ölkə çempionatının 19 oyununda meydana çıxıb. Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə 1 oyun keçirib.
Xatırladaq ki, "Qəbələ” Qiqauriyə qədər Kamal Mirzəyev, Sadiq Quliyev və Fernan Ferreyra Lopeslə müqavilə imzalayıb.
154     
Reklam

Reklam