» » » "Səbail" Braziliya futbolçusunu TRANSFER etdi - FOTOLAR

"Səbail" Braziliya futbolçusunu TRANSFER etdi - FOTOLAR

"Səbail" Braziliya futbolçusunu TRANSFER etdi - FOTOLARAvropa Liqasındakı debütuna hazırlaşan "Səbail" komandası yeni transfer reallaşdırıb. 
 
Premyer.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı Eriko Konstantino da Silvanı transfer edib. Mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, iyulun 20-də 30 yaşını qeyd edəcək Eriko, öz ölkəsində "Guaratingueta", "Palmeiras II", "Rio Branco SP" və "Botafogo SP" klublarında çıxış edib. 
 
Erikonun legioner həyatı isə Rumıniya ilə bağlıdır. O, bu ölkənin "Astra", "Panduri Targu Jiu" və "Universitatea Cluj" komandalarının şərəfini qoruyub. Futbolçunun son klubu da məhz Rumıniyanın adı çəkilən "Astra" klubu olub. Giurgiu şəhərini təmsil edən komandanın heyətində Eriko Rumıniya Kubokunun 2018/19-cu il mövsümünün finalına kimi yüksəlib.
 
Rauf İskəndərov / Premyer.az


"Səbail" Braziliya futbolçusunu TRANSFER etdi - FOTOLAR
128     
Reklam

Reklam