» » » Region Liqasından - I Diviziona? "Energetik" tələb olunan məbləği açıqladı!

Region Liqasından - I Diviziona? "Energetik" tələb olunan məbləği açıqladı!

Region Liqasından - I Diviziona? "Energetik" tələb olunan məbləği açıqladı!Region liqasında Mingəçevir şəhərini təmsil edən "Energetik" klubu maliyyə çatışmazlığı ilə üz-üzə qalıb.
Premyer.az xəbər verir ki, klubun prezidenti Ruslan Həmidov "Yeni Sabah"a açıqlamasında klubun Birinci Divizionda oynaması üçün lazım olan məbləğin miqadarından danışıb:
"Bizim "Energetik"in I Divizionda oynaması üçün 26 ştat lazımdır. 26 nəfərə ortalama 13 min manat-hərəsinə 500 manat əmək haqqı yazılmasını nəzərdə tutmuşuq. Ezamiyyət xərcimiz təxmini, 1000 manatdır. Təcili yardım 2 dəfə gəlir. Hər oyuna 120 manatdan düşür. Stadionun aylığı 400 manatdır. Cəmi 15000 manatla 1-ci divizionda oynaya bilərik. Sırf mingəçevirlilərdən ibarət, çempionluğa oynayan komanda yığa bilirik. Hazırda 8-15 yarası məktəblərimiz var. 15-ə kimi gəlirlər, ondan sonra yoxa çıxırlar, itirlər".
R.Həmidov eyni zamanda kluba kömək edə biləcək şirkətlərin adını qeyd edib və bildirib ki, hələki "Azenko" şirkəti də onları işdən tam çıxarmayıb:
"Mingəçevirdə 2 böyük zavod var. Biri Su Elektrik Stansiyası, digəri Azərbaycan İstilik Elektrik Stansiyasıdır. Demək olar ki, ölkənin təxminən, 70%-ini bu elektrik stansiyaları təmin edir. Əvvəllər də klub "Azenko" yaranana qədər İstilik Elektrik Stansiyası ilə maliyyələşib. "Azenko" isə ərizələri alsa da, hələ işdən çıxarmayıb. "Azərişıq" və "Azərenerji"də olmuşuq, deyiblər ki, gözləyin".
Qeyd edək ki, 2003-cü ildən "Energetik"ə sponsorluq edən "Azenko" şirkəti bu ilin iyun ayının 11-ində kluba sponsorluğu dayandırmaq üçün klubdan ərizələrini tələb etmişdi.
234     
Reklam

Reklam