» » » Yeni transferlər "Neftçi”nin Türkiyədəki hazırlıq prosesinə qoşuldu

Yeni transferlər "Neftçi”nin Türkiyədəki hazırlıq prosesinə qoşuldu

Yeni transferlər "Neftçi”nin Türkiyədəki hazırlıq prosesinə qoşuldu"Neftçi” PFK Türkiyədəki hazırlıq prosesini davam etdirir. Komanda təlim-məşq toplanışının 9-cu günündə iki məşqə çıxıb. Səhər məşqində əsaən fiziki təmrinlər, axşam məşqində isə toplu çalışmalar yerinə yetirilib. Hazırlıq prosesində yeni transferlər – Stiven Jozef-Monroz və Dario Frederiko da iştirak ediblər. Bundan əlavə, İtaliyadan qayıdıb, müalicəni düşərgədə davam etdirən Baqali Dabo və Soni Mustivar komandadan ayrı məşğul olublar.
 
Xatırladaq ki, Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşan "Neftçi” iyunun 20-də baş tutmuş ilk sınaq matçında Rusiyanın "SKA-Xabarovsk” klubuna 3:1 hesabı ilə qalib gəlib. Ayın 25-dəki rəqib hələ ki dəqiqləşməyib. İyunun 30-da Ukraynanın "Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.
92     
Reklam

Reklam