» » » Gəncədə yeni futbol meydanı inşa ediləcək

Gəncədə yeni futbol meydanı inşa ediləcək

Gəncədə yeni futbol meydanı inşa ediləcəkFutbol infrastrukturunun inkişafı məqsədilə AFFA tərəfindən daha bir layihənin icrasına start verilir. 
 
İyunun 24-dən etibarən Gəncə şəhər stadionunun ərazisində AFFA-nın maliyyə vəsaiti hesabına süni örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanının inşası başlayacaq. Tikinti işləri bütövlükdə AFFA tərəfindən həyata keçiriləcək meydan hazır olduqdan sonra "Kəpəz” klubu ilə yanaşı, uşaq futbol komandaları da süni örtüklü meydandan yararlana biləcək.
Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən inşa olunub.
85     
Reklam

Reklam