» » » İnstaqramdakı şəkil aləmi qarışdırdı!

İnstaqramdakı şəkil aləmi qarışdırdı!

İnstaqramdakı şəkil aləmi qarışdırdı!PSJ-nin futbolçusu Neymarla bağlı təzadlı xəbərlər yayılır. 
Bir neçə gün əvvəl Neymarın "Barselona”ya qayıtmaq istədiyi bildirilmişdi.

Daha sonra isə onunla "Real”ın maraqlandığı barədə xəbər yayıldı. Hətta "kral klubu”nun braziliyalı futbolçu üçün PSJ-yə təklif də göndərdiyi deyilir.
"Real” Neymara görə 130 milyon avro, üstəlik, Xames Rodrigesi və ya Qaret Beyli verməyə razıdı. 

Bu xəbərlər yayılandan sonra "Real”ın futbolçusu Benzemanın "instaqram”da paylaşdığı şəkil söz-söhbəti daha da qızışdırıb.
Benzema Neymarla çəkdirdiyi şəkli paylaşıb. Bir çoxları iddia edir ki, Benzema Neymarın "Real”a keçəcəyinə əmin olduğu üçün bu şəkli paylaşıb.
112     
Reklam

Reklam