» » » "Real" "Yapon Messi"ni aldı!

"Real" "Yapon Messi"ni aldı!

"Real" "Yapon Messi"ni aldı!Son olaraq, "Çelsi"dən Eden Hazardı heyətinə qatan "Real" növbəti transferini gerçəkləşdirib.

Madrid təmsilçisi Yaponiyanın U-18 yığmasının hücumçusu Takefusa Kubo ilə anlaşıb. Ancaq gənc futbolçu ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. "Yapon Messi" adlandırılan futbolçunun hələlik "Real"ın ikinci komandası olan "Kastilyo"da forma geyinəcəyi bildirilib.

Qeyd edək ki, "Barselona"nın akademiyasında yetişən Kubo son olaraq, "Tokio" klubunda çıxış edib. Onunla Kataloniya təmsilçisi, "Bavariya", "Maneçster Siti" və PSJ də yaxından maraqlanırdı.
65     
Reklam

Reklam