» » » Yığmamız Antalyada ikinci qələbəsini qazandı!

Yığmamız Antalyada ikinci qələbəsini qazandı!

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup” turnirində bu gün ikinci oyununu keçirib.
 
Premyer.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-20 yığması ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
 
 
Oyunda hesabı 8-ci dəqiqədə penalti zərbəsindən fərqlənməklə Namiq Ələsgərov açıb. 10 dəqiqə sonra 11 metrlik cərimə zərbəsini Elnur Cəfərov dəqiq yerinə yetirməklə komandamızın üstünlüyünü 2 topa çatdırıb. 77-ci dəqiqədə Namiq Ələsgərov oyunun yekun hesabını müəyyənləşdirən qolu vurub.
 
 
Yığmamız turnirdə növbəti oyununu yanvarın 26-da, Bakı vaxtı ilə saat 13:00-da Albaniyanın U-21 komandasına qarşı keçirəcək.
205