» » » "Neftçi" yeni mövsümün hazırlığına başladı

"Neftçi" yeni mövsümün hazırlığına başladı

"Neftçi" yeni mövsümün hazırlığına başladı
"Neftçi” PFK 2019/2020-ci illər mövsümünün hazırlığına başlayıb. Düşərgədə olan futbolçular əvvəlcə tibbi baxışdan keçiblər. Axşam saatlarında isə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə fiziki testlər yerinə yetirilib.

Hazırlıq sabah iki məşqlə davam edəcək. İyunun 14-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlaşacaq komandamız ayın 15-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.
 
İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq "ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
 
Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.
158     
Reklam

Reklam