» » » "Barsa" Qrizmannla bağlı danışıqları dayandırdı

"Barsa" Qrizmannla bağlı danışıqları dayandırdı

"Barsa" Qrizmannla bağlı danışıqları dayandırdı"Barselona" "Atletiko"nun futbolçusu Antuan Qrizmannın transferi ilə bağlı danışıqları müvəqqəti olaraq dayandırıb.
Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu bir neçə məsələyə görə bu addımı atıb.  Birincisi, fransalı hücumçunun  120 milyon avro təzminat qiyməti və illik 17 milyon avro maaşıdır. "Barsa"nın bu məbləği yüksək hesab etdiyi iddia olunur. İkincisi, Kataloniya təmsilçisinin oyunçularının bu transferə qarşı olmasıdır.
Qeyd edək ki, "Atletiko" Qrizmannın yayda klubdan ayrılacağını açıqlayıb.
98     
Reklam

Reklam