» » » "Neftçi” PFK Türkiyədə Ukrayna klubu ilə qarşılaşacaq

"Neftçi” PFK Türkiyədə Ukrayna klubu ilə qarşılaşacaq

"Neftçi” PFK Türkiyədə Ukrayna klubu ilə qarşılaşacaq"Neftçi” PFK-nın Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib. Komanda iyunun 30-da "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, "ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komanda iyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.
120     
Reklam

Reklam