» » » "Milliyə və millinin oyunçularına biz sahib çıxmalıyıq. Möhkəm ol, Təmkin!" - MÜRACİƏT

"Milliyə və millinin oyunçularına biz sahib çıxmalıyıq. Möhkəm ol, Təmkin!" - MÜRACİƏT

"Milliyə və millinin oyunçularına biz sahib çıxmalıyıq. Möhkəm ol, Təmkin!" - MÜRACİƏTAzərbaycanın ən fəal fan qruplarından biri olan Milli Dəstə, Azərbaycan Millisinin və "Sabah" komandasının futbolçusu Təmkin Xəlilzadə ilə əlaqədar azarkeşlərə müraciət edib.
 
Premyer.az müraciəti olduğu kimi diqqətinizə çatdırır:
 
"Dostlar, Təmkinlə bağlı sizdən bir xahişimiz var. Təmkin millimiz üçün həqiqətən dəyərli oyunçulardan biridir. İnsan olaraq da şəxsən tanıdığımız üçün çox mükəmməl bir insandır. "Sabah" klubunda baş verən hadisələrdən xəbərdar deyilik, ancaq düşünürük ki, istənilən halda millinin oyunçusuna qarşı belə davranmaq düzgün deyil. Hal-hazırda da Təmkinin dəstəyə ehtiyacı var və düşünürük ən yaxşı dəstəyi elə biz azarkeşlər verə bilərik. Milliyə və millinin oyunçularına biz sahib çıxmalıyıq. Vaxtınız olduqca Təmkinə Instagramda yazın, hal-əhval tutun, dəstək olun.

İnşAllah bu çətinlikdən də birlikdə çıxacağıq! Möhkəm ol, Təmkin!"
 
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün mövsümün sonuna qədər "Sabah"ın heyətindən kənarlaşdırılıb. Futbolçu yığmanın da şərəfini qoruduğu üçün, verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb.      
304     
Reklam

Reklam