» » » “Araz – Naxçıvan” PFK Region Liqasının bürünc mükafatçısıdır!

“Araz – Naxçıvan” PFK Region Liqasının bürünc mükafatçısıdır!

“Araz – Naxçıvan” PFK  Region Liqasının bürünc mükafatçısıdır!Region Liqasının İşçi Qrupu AFFA-nın İntizam Komitəsinin "Füzuli” – "FC Baku” komandalarının oyunu ilə bağlı çıxardığı 29.04.2019-cu il tarixli müvafiq qərarı əsas tutaraq, 1/2 final qarşılaşmasının "FC Baku” – "Şahdağ” oyununun ləğv olunması və "Şahdağ” komandasının birbaşa final oyununa yüksəlməsi barədə qərar qəbul edib.
 
Eyni zamanda, digər yarımfinal oyununda "Uğur” komandasına məğlub olmuş "Araz –Naxçıvan” komandasının birbaşa olaraq Region Liqasında 3-cü yeri tutması haqqında qərar qəbul olunub.
192     
Reklam

Reklam